Cüdo üzrə Avropa çempionatı öncəsi iclas

Cüdo üzrə Avropa çempionatı öncəsi iclas

Ölkəmizdə ilk dəfə keçiriləcək eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatına hazırlıq çərçivəsində texniki toplantıda 12 ölkənin nümayəndələri, yarışın təşkilatçıları və rəsmi şəxslər iştirak ediblər.

Allsport.az saytı xəbər verir ki, görüş zamanı çempionatın təşkili, yarış qaydaları və texniki məsələlər müzakirə olunub, həmçinin idmançılar arasında püşkatma mərasimi keçirilib.

11–12 noyabrda Bakı idman sarayında tədbirdə 12 ölkədən 100 iimançı mübarizə aparacaq.

Həmin kateqoriyadan