- Baxış sayı: 200
- 12 Noyabr 2026 16:43
- Baxış sayı: 413
- Noyabr 09, 2026
- 0

Azərbaycan milli paralimpiya komitəsinin (MPK) rəsmiləri Berlində bir sıra beynəlxalq görüşlər keçiriblər.
Allsport.az xəbər verir ki, görüşlər noyabrın 7-dən 9-dək beynəlxalq paralimpiya komitəsinin (İPC) “Birlikdə: Fəaliyyətə çağırış” devizi altında təşkil olunan üzvlük iclası çərçivəsində baş tutub.
Üçgünlük tədbirdə MPK-nın baş katibi Toğrul Rəhimov və beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım iştirak ediblər.
Azərbaycan nümayəndələri İPC prezidenti Endrü Parsons və Avropa paralimpiya komitəsinin prezidenti Raymon Blondel ilə görüşərək mövcud əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Türkiyə, Rumıniya, Cənubi Koreya, Tacikistan və Oman milli paralimpiya komitələrinin, həmçinin dünya taekvondo və dünya boccia federasiyalarının nümayəndələri ilə fikir mübadiləsi aparılıb.