- Baxış sayı: 158
- 11 Noyabr 2026 22:44
- Baxış sayı: 379
- Noyabr 09, 2026
- 0

Bakı idman sarayında eşitmə qüsurlu cüdoçuların Avropa çempionatı sona yetdi. Allsport.az saytı xəbər verir ki, nüfuzlu yarışın 2-ci günündə 66 kq-da Xalid Məmmədov qızıl medal qazandı. O, mükafatlandırmadan sonra sevincini bizimlə bölüşdü:
“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Xeyli təlim-məşq toplanışında iştirak etmişdik. Şükürlər olsun qızıl medal qazandım.
Buradan üzərimdə əməyi olan məşqçilərimə və valideynlərimə təşəkkürümü bildirirəm.
Növbədi hədəfim dünya çempionatı və deflimpiya olimpiadasıdır. Həmin nüfuzlu yarışlarda da özümü doğrultmağa çalışacağam”.