- Baxış sayı: 37
- 29 İyul 2026 14:39
- Baxış sayı: 53
- İyul 29, 2026
- 0

Azərbaycanın boccia üzrə millisin üzvü Sona Ağayeva Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, “BC2” kateqoriyasında mübarizə aparan paralimpiyaçımız həlledici görüşlərdə Portuqaliya təmsilçisi Monika Koşta və Yeni Zelandiyadan olan Xloe Störtü məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Sona Ağayeva Çellencer turnirinin qalibi adını qazanıb.
Yarışda əldə edilən nəticələr Los Anceles-2028 yay paralimpiya oyunlarına vəsiqə uğrunda reytinq xalları qazandırır.