- Baxış sayı: 146
- 11 Noyabr 2026 17:20
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

11 noyabrda Bakı idman sarayında eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, ölkəmizdə ilk dəfə keçirilən bu tədbirin gedişində Azərbaycan deflimpiya komitəsinin baş katibi Namiq Novruzov ayaqüstü yerli KİV-ə açıqlama verdi:
“Ölkəmizdə deflimpiya hərəkatının inkişafı 2023-cü ildə komitəsinin yaradılması ilə yeni təkan alıb. Qısa zaman kəsiyində komitənin himayəsində olan idmançılar kifayət qədər böyük uğur yolu keçiblər. Tokioda keçirilən XXV deflimpiya oyunlarında cüdoçumuz Coşqun Əliyev gümüş mükafat qazanaraq deflimpiya hərəkatı tarixində Azərbaycanın ilk medalına yiyələnib.
Digər idman növlərində də nailiyyətlərimiz olub. Bu günkü mövzumuza qayıtdıqda, ilk dəfə təşkil olunan Avropa çempionatında həm idmançılar, həm məşqçilər, həm də təşkilatçılar arasında böyük həyəcan var. Bu, bir ilkdir. Sözü gedən tədbir ölkəmiz və xalqımız üçün qürurverici hadisədir.
İnanırıq ki, idmançılarımızın çəkdiyi zəhmət öz bəhrəsini verəcək və onlar yeni uğurlarla bizi sevindirəcəklər. Əminik ki, belə mötəbər yarışın Azərbaycanda təşkili eşitmə məhdudiyyətli vətəndaşlarımızın idmana kütləvi qatılmasına və bu sahənin təbliğinə böyük töhfə verəcək”.