- Baxış sayı: 79
- 09 Sentyabr 2026 18:15
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Milli paralimpiya komitəsi (MPK) paraatletika üzrə yeni istedadların aşkar edilməsi və əlilliyi olan şəxslərin idmana cəlb olunması məqsədilə açıq qapı günü təşkil edib.
Allsport.az xəbər verir ki, Bakı atletika mərkəzində təşkil olunan tədbirin əsas məqsədi paraatletikaya marağı olan yeni istedadların aşkar edilməsi, əlilliyi olan şəxslərin idmana cəlb olunmasının təşviq edilməsi və milli komanda üçün perspektivli idmançılardan ibarət ehtiyat bazasının formalaşdırılması olub.
Açıq qapı günündə 8-17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növləri üzrə öz bacarıqlarını sınayıb, mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçiblər.
Tədbir zamanı iştirakçılara paraatletika haqqında ətraflı məlumat verilib, onların fiziki göstəriciləri və idman potensialı qiymətləndirilib. Göstəriciləri uyğun olan iştirakçıların gələcəkdə paraatletika üzrə məşqlərə cəlb olunması və inkişaflarının izlənilməsi nəzərdə tutulub.
Milli paralimpiya komitəsi bu cür təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsi ilə paraatletikanın daha geniş kütlələr arasında təbliğinə, yeni istedadların üzə çıxarılmasına və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançıların müəyyənləşdirilməsinə töhfə verməyi hədəfləyib.