- Baxış sayı: 11
- 16 Oktyabr 2026 23:51
- Baxış sayı: 99
- Oktyabr 16, 2026
- 0

Azərbaycan respublikasının baş naziri Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb.
Allsport.az xəbər verir ki, görüş oktyabrın 16-da Azərbaycan milli paralimpiya komitəsinin 30 illik yubiley tədbirləri çərçivəsində keçirilib.
Görüşdə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Bu sahədə yaradılmış müasir infrastruktur və əldə olunmuş beynəlxalq nailiyyətlər barədə məlumat verilib.
Milli paralimpiya komitəsinin 30 illik fəaliyyəti ərzində Azərbaycan paralimpiyaçılarının qazandığı uğurlar diqqətə çatdırılıb.
Tərəflər beynəlxalq və milli paralimpiya komitələri arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq paraidman yarışlarının təşviqi, təcrübə mübadiləsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.