- Baxış sayı: 60
- 13 Noyabr 2026 23:17
- Baxış sayı: 436
- Noyabr 09, 2026
- 0

Azərbaycanın 4 parataekvondoçusu noyabrın 20-22-də Cənubi Koreyanın Muju şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
Allsport.az xəbər verir ki, yarışda ölkəni “K44” kateqoriyasında İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.
İdmançılar mundialda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcəklər.