- Baxış sayı: 40
- 11 Noyabr 2026 15:49
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

Bu gün Bakı idman sarayında eşitmə qüsurlu cüdoçuların Avropa çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, açılış mərasimində Azərbaycandan deflimpiya komitəsinin idarə heyətinin sədri Anar Bayramov çıxış etdi:
“Ölkəmiz nüfuzlu beynəlxalq yarışların keçirilməsində böyük təcrübəyə malikdir. Buna nümunə olaraq ilk Avropa oyunları, 4-cu İslam həmrəyliyi oyunları, 2016-cı il şahmat olimpiadası, Bakı-2019 Avropa gənclərinin festivalını gətirə bilərik. Bunun məntiqi nəticəsi kimi Bakı 2026-cı ildə dünyanın “idman paytaxtı” seçildi.
Eşitmə məhdudiyyətli Avropa çempionatının ölkəmizdə təşkili bu etimadın davamıdır. Komitəmiz yeni yaranmasına baxmayaraq, uğurlarımız boldur. Ötən il Tokioda keçirilən deflimpiya olimpiadasında cüdoçumuz Çoşqun Əliyev 2-ci olmuşdu. Bu, ölkə başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib və o “Tərəqqi” medalına layiq görülüb.
Həmin addım deflimpiya hərakatının inkişafına güclü təkandır. Güləş, üzgüçülük, taekvondo və şahmat kimi idman növlərinin də ümidləri doğrultmaqdadır. Bu gün bizi bir araya gətirən tək idman yarışı deyil. Həm də ortaq dəyərlər, qarşılıqlı hörmət və birlik ruhudur.
Fərqli ölkələrdən gələn idmançılar tatami üzərində eyni məqsəd, eyni əzm və qələbə uğrunda eyni inam, iradə hissi ilə yanaşırlar. Bu çempionat onu göstərir ki, insanları birləşdirən dəyərlər din və sərhəd tanımır. Bəzən bir baxış, bir jest, bir idman mübarizəsi daha çox məna ifadə edir”.