Astanada bürünc medal

Astanada bürünc medal

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Astanada keçirilən qran pri finalında bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Əsgər Dinməhəmmədi məğlub edib.

O, yarımfinalda meksikalı Juan Dueqo Qarsia Lopezə uduzub.

Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra döyüşə çıxmadığından İmaməddin Xəlilov bürünc mükafat qazanıb.

Həmin kateqoriyadan