- Baxış sayı: 60
- 19 Oktyabr 2026 14:53
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

Sumqayıt olimpiya idman kompleksində ölkəmizdə ilk dəfə təşkil olunacaq eşitməqabiliyyəti məhdud şəxslər arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədilə idmançılarla görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan respublikası xüsusi olimpiya komitəsinin sədri Mövlud Mirəliyev, eləcə də deflimpiya komitəsinin rəhbərliyi iştirak ediblər.
Əsas məqsəd qarşıdakı mötəbər beynəlxalq yarışda Azərbaycanı təmsil edəcək cüdoçulara yüksək motivasiya vermək, onlara mənəvi dəstək olmaq və məşq prosesinin gedişi, eləcə də hazırlıq şəraitləri ilə yaxından tanış olmaqdır.
Qonaqlar idmançıların məşqlərini izləyərək onlara uğurlar arzulayıb, ölkəmizdə paralimpiya və deflimpiya hərəkatının inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər.