- Baxış sayı: 76
- 16 Oktyabr 2026 23:51
- Baxış sayı: 225
- Oktyabr 16, 2026
- 0

Azərbaycan respublikası milli paralimpiya komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan beynəlxalq idman təşkilatlarının və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunu ziyarət edib.
Allsport.az xəbər verir ki, qurumun müşayiəti ilə baş tutan ziyarət zamanı qonaqlara İçərişəhərin zəngin tarixi, memarlıq irsi və Azərbaycanın milli-mədəni dəyərləri haqqında məlumat verilib.
Səfərdə qonaqlar İçərişəhərin qədim küçələri və tarixi memarlıq abidələri ilə yaxından tanış olaraq paytaxtımızın zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər.