- Baxış sayı: 55
- 20 Noyabr 2026 17:43
- Baxış sayı: 55
- Noyabr 20, 2026
- 0

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.
Allsport.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında “K44” kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb.
20 yaşlı paralimpiyaçımız 1/8 finalda hindistanlı Mohit Sinqhi, 1/4 finalda monqolustanlı Teymurbəy Xaulyeti, yarımfinalda isə taypeylı Syao Syan-veni məğlub edərək finala yüksəlib.
Sabir həlledici görüşdə son paralimpiya çempionu, israilli Asəf Yasuru üstələyərək dünya çempionu tituluna yiyələnib.