- Baxış sayı: 41
- 16 Aprel 2026 21:40
- Baxış sayı: 45
- Aprel 16, 2026
- 0

“Napoli”nin müdafiəçisi Covanni Di Lorenso ciddi zədə səbəbindən yaşıl meydanlardan uzaq qalacaq.
Allsport.az xəbər verir ki, “Fiorentina” ilə matçda (2:1) dizindən zədələnən 32 yaşlı kapitanın çarpaz bağları qırılmasa da, o, yaxın günlərdə əməliyyat olunacaq.
Futbolçu bildirib ki, dizindəki məcburi fasilədən istifadə edərək, son 6 ayda ağrılarla oynadığı ayaq pəncəsindəki köhnə problemini də cərrahi yolla həll edəcək.
Onun təxminən 4-6 həftə sıradan çıxdığı bildirilir.