- Baxış sayı: 42
- 04 Oktyabr 2026 19:11
- Baxış sayı: 117
- Oktyabr 04, 2026
- 0

Tofiq Bəhramov adına respublika stadionunun 75 illik yubileyi ilə əlaqədar “Neftçi” və “Jalgiris-Vilnüs” komandalarının veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Allsport.az xəbər verir ki, yubiley tədbirinə səbəb olan arenada keçirilən görüş “Neftçi” veteranlarının 10:9 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin qollarından 4-nü Vəli Qasımov, 2-sini Mahmud Qurbanov vurub. Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Adil Şükürov isə hərəyə bir dəfə fərqləniblər.
Qol müəlliflərindən başqa, “ağ-qaralar”ın heyətində Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Hüseyn Məhəmmədov, Ədəhim Niftəliyev, Əli Abışov və Xəyal Mustafayev də meydana çıxıblar.
Respublika stadionunda ilk oyun 1951-ci il sentyabrın 16-da məhz bu komandalar arasında keçirilib. “Neftçi” həmin vaxt “Spartak” adlanan rəqibini 4:0 hesabı ilə məğlub edib.