- Baxış sayı: 34
- 02 Oktyabr 2026 22:33
- Baxış sayı: 93
- Oktyabr 01, 2026
- 0

“Tixuana”nın yarımmüdafiəçisi Xilberto Mora karyerasını İngiltərə premyer liqasında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Liverpul” meksikalı futbolçunu transfer etmək istəyir.
Mersisayd klubu Moranı uzun müddətdir izləyir və onun heyətinə qatmaq ehtimalını nəzərdən keçirir. 17 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə “Barselona”, PSJ və “Bavariya” da maraqlanır. Meksika klubu gənc istedadı mövsüm başa çatdıqdan sonra satmağı düşünür.
Xilberto Mora “Tixuana”nın yetirməsidir. Meksika millisinin üzvü cari mövsümdə “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.