“Çətinliklər var, amma təslim olmamalıyıq”

“Çətinliklər var, amma təslim olmamalıyıq”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA millətlər liqasının qrup mərhələsində Litva ilə oyun öncəsi fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, qarşılaşmanın çətin keçəcəyini bildirib:

“İki komanda da bir-birini yaxşı tanıyır. Əzmkar rəqibə qarşı oynayacağıq. Qısa müddətdə artıq dördüncü oyunumuz olacaq. Təəssüf ki, Lixtenşteynlə matçda qələbə qazana bilmədik. Sabah daha yaxşı oynamağa məcburuq. Futbolçularıma inanıram. Son matçı unudub, Litvaya qarşı əzmkar oynamalıyıq”.

Həmin kateqoriyadan