İspaniyada növbəti itki

İspaniyada növbəti itki

Ferran Torres İspaniyanın millətlər liqasındakı növbəti iki qarşılaşmasında iştirak edə bilməyəcək.

Allsport.az xəbər verir ki, sol topuq nahiyəsindəki narahatlıq səbəbindən təcrübəli hücumçu yığmanın heyətindən çıxarılıb.

Tibbi personal riskləri minimuma endirmək üçün futbolçunun müalicəyə diqqət ayırmasını məqsədəuyğun sayıb.

Torres bu toplanışda İspaniya seçməsini zədə səbəbindən tərk edən artıq 5-ci futbolçudur. Əvvəlcə Pedro Porro, Erik Qarsiya, Aleks Qrimaldo və Niko Uilyams məcburi olaraq düşərgədən ayrılmalı olmuşdular.

Həmin kateqoriyadan