AMADA rəsmisi beynəlxalq antidopinq iclasında

AMADA rəsmisi beynəlxalq antidopinq iclasında

Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktorunun müavini Rüfət Əfəndiyev Avropa şurasının antidopinq konvensiyasının elm üzrə məsləhətçi qrupunun (T-DO SCI) iclasında iştirak edib.

Allsport.az xəbər verir ki, Parisdə baş tutan toplantıya Avropadan və digər regionlardan milli antidopinq təşkilatlarının, ümumdünya antidopinq agentliyinin, dövlət və elmi qurumların, laboratoriyaların, habelə digər maraqlı tərəflərin ekspert və nümayəndələri qatılıblar.

İki gün davam edən tədbirdə antidopinq sahəsində bir sıra aktual elmi və siyasi məsələlər müzakirə olunub. Müzakirələr çərçivəsində T-DO-nun 2027-ci il üzrə qadağan edilmiş siyahının məsləhətləşmələrinə töhfəsi, kannabinoidlərə müxtəlif yanaşmaların müzakirəsinə həsr olunmuş xüsusi dəyirmi masa, həmçinin kontaminasiya hallarının idarə olunması üzrə qabaqcıl təcrübələr nəzərdən keçirilib.

İştirakçılar, həmçinin cari ildə keçirilmiş dopinq maddələrinin əlçatanlığı üzrə beynəlxalq konfransın nəticələrini nəzərdən keçirib, tədqiqat fəaliyyətlərinin və antidopinq məlumat alətlərinin əlaqələndirilməsi, laboratoriya standartları, eləcə də qeyri-ixtiyari dopinq hallarının qarşısının alınmasına yönəlmiş yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Həmin kateqoriyadan