- Baxış sayı: 54
- 29 Sentyabr 2026 18:05
- Baxış sayı: 89
- Sentyabr 29, 2026
- 0

Bu gün Füzuli rayonunun Köndələn su anbarında avarçəkmə üzrə beynəlxalq yarışda 4 təmsilçimiz fəxri kürsüyə çıxdı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə Azərbaycan su idmanı federasiyasının (AzSİF) media şöbəsinin rəhbəri Vüsal Qurbanov açdı.
Onun bildirdiyinə görə, bu il avarçəkənlərimiz iştirak etdiyi 20 beynəlxalq yarışda 41 medal qazanıblar. Bunlardan 15-i qızıl, 15-i gümüş və 11-i bürüncdür. Su idmanına daha 2 növ əlavə olub. Onlar yelkən və balıq idmanıdır. Beləliklə, ümumi say 8-ə yüksəlib.
AzSİF-in baş katibi Fərhad Əliyev dedi ki, son dövrdə kanoe növündə inkişaf var. Əgər əvvəl burada 1 təmsilçimiz vardısa, indi onların sayı artıb və komanda formalaşıb. Nəticələr də qənaətbəxşdir. Yaxın gələcəkdə Füzulidə məşq düşərgəsinin yaradılması düşünülür.