“Gəncə” mövsümə qələbə ilə başlayıb

“Gəncə” mövsümə qələbə ilə başlayıb

Azərbaycan basketbol liqasında ilk turun daha bir oyunu keçirilib.

Allsport.az xəbər verir ki, “Gəncə”, “Ordu”nun qonağı olub.

Bakı idman sarayındakı qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 92:90.

Xatırladaq ki, daha əvvəl “Sabah” “Landau Lions”u (84:74), “Sumqayıt” NTD-ni (111:94) məğlub edib. “Naxçıvan” – “Neftçi” görüşü Bakı təmsilçisinin FİBA Avropa kubokunda iştirakına görə təxirə salınıb.

Həmin kateqoriyadan