“Vəziyyətimizi daha da çətinləşdirdik”

“Vəziyyətimizi daha da çətinləşdirdik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA millətlər liqasının qrup mərhələsində Lixtenşteynlə ev oyunundan (0:0) sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, komandasının qələbə qazana bilməməsindən təəssüfləndiyini bildirib:

“Əlbəttə, qələbə qazanmaq istəyirdik. Təəssüf ki, bunu edə bilmədik. Vəziyyətimizi daha da çətinləşdirdik, amma çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Qol imkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. Oyunun əvvəlində real qol epizodunu dəyərləndirə bilmədik. Tempi istədiyimiz kimi qaldıra bilmədik. Bu gün günahkar axtarmayacağıq. Bütün məsuliyyət məndədir. Son iki oyunda mübarizə aparıb qələbə qazanmaq lazımdır. Futbolçularımız çalışdı. Çıxış yolumuz konsentrasiyalı oynamaq və Litva ilə oyunda qələbə qazanmaqdır”.

Həmin kateqoriyadan