Cüdo rəsmiləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Cüdo rəsmiləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, beynəlxalq cüdo federasiyasının prezidenti Marius Vizer, Avropa cüdo birliyinin prezidenti Laslo Tot və qurumların digər rəsmiləri “Fəxri xiyaban”ı və “Zəfər abidəsi”ni ziyarət ediblər.

Allsport.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə “Fəxri xiyaban”a gələrək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub və məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra nümayəndələr “Zəfər parkı”nda Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, “Zəfər abidəsi”nin önünə əklil və gül dəstələri qoyublar.

Ziyarət cüdo üzrə dünya çempionatı ərəfəsində baş tutub. Dünya çempionatı oktyabrın 4-dən 11-dək milli gimnastika arenasında keçiriləcək.

Həmin kateqoriyadan