“Fənərbağça” Bakıdan qalib ayrıldı

“Fənərbağça” Bakıdan qalib ayrıldı

“Turan Tovuz” yoldaşlıq oyununda Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşıb.

Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.

Qarşılaşmanı azərbaycanlı baş hakim Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ dirçəliş fonduna ianə ediləcək.

Həmin kateqoriyadan