“Mənim üçün hər şey aydındır”

“Mənim üçün hər şey aydındır”

“Real”ın ukraynalı qapıçısı Andrey Lunin 2026-cı ildə “Qızıl top” mükafatına layiq gördüyü futbolçunun adını açıqlayıb.

Allsport.az xəbər verir ki, təcrübəli qolkiper bu mükafatı komanda yoldaşı Kilian Mbappe qazanmalı olduğunu bildirib:

“Mənim üçün hər şey aydındır, Mbappe dünyanın ən yaxşısıdır”.

Xatırladaq ki, 2025/26 mövsümünün yekunlarına əsasən “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda baş tutacaq.

Ötən mövsüm “Real”ın heyətində 44 rəsmi matçda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan Mbappe üçün mövsüm titulsuz başa çatıb.

Həmin kateqoriyadan