- Baxış sayı: 74
- 30 Sentyabr 2026 13:49
- Baxış sayı: 93
- Oktyabr 01, 2026
- 0

Bakıda ilboyu xizək və snoubord üzrə məşq keçmək imkanı yaradan “Ski senter Baku” fəaliyyətə başlayıb.
Allsport.az xəbər verir ki, dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi kimi təqdim olunan “Ski senter Baku”nun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak ediblər.
2800 kvadratmetr ərazini əhatə edən mərkəzdə üç “Maxxtracks” məşq yamacı və “Olympus skytech” simulatoru quraşdırılıb.
Burada həm yeni başlayanlar, həm də təcrübəli xizəkçi və snoubordçular üçün ilboyu məşqlərin keçirilməsi nəzərdə tutulur.
Mərkəzin əsas istiqamətlərindən biri uşaqların və gənclərin qış idman növlərinə cəlb olunması olacaq. Bundan əlavə, məktəblilər üçün tanışlıq proqramlarının, məşq qruplarının və məşqçi seminarlarının təşkili planlaşdırılır.
“Ski senter Baku”nun yaradılmasında əsas məqsəd Azərbaycanda qış idman növləri üzrə təlim-məşq imkanlarını genişləndirmək və yeni idmançıların inkişafına dəstək olmaqdır.