“7 nömrəsinin mənim üçün xüsusi mənası var”

“7 nömrəsinin mənim üçün xüsusi mənası var”

“Qalatasaray”ın futbolçusu Rafael Leao Portuqaliya millisinin düşərgəsini tərk edən Kriştianu Ronaldunun 7 nömrəli formasını geyinməsi ilə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçu bu nömrənin onun üçün həm Ronaldunun təsirinə, həm də şəxsi səbəblərə görə xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Kriştianu uşaqlıqdan mənim kumirim olub. 7 nömrəsinin mənim üçün xüsusi mənası var, çünki övladlarımın doğulduğu tarixdir. Mən sadəcə bu formaya layiq olmağa və onu geyinməkdən zövq almağa çalışdım. Əsas məsələ oyunu qazanmaq və yaxşı çıxış etmək idi. Düşünürəm ki, bunu bacardıq”.

Leao UEFA millətlər liqasının III turunda Portuqaliyanın səfərdə Danimarkanı 4:2 hesabı ilə məğlub etdiyi görüşdə 7 nömrəli formanı geyinib.

Kriştianu Ronaldu bundan əvvəl milli komandanın düşərgəsini tərk edib və 7 nömrəli forma Leao üçün əlçatan olub. Bu nömrə uzun illər ərzində beşqat “Qızıl top” sahibinin Portuqaliya millisindəki çıxışları ilə əlaqələndirilib.

Həmin kateqoriyadan