İlk dəfə yığmada

İlk dəfə yığmada

İspaniya millisinin heyətində UEFA millətlər liqasının Çex Respublikası ilə oyunu öncəsi dəyişiklik baş verib.

Allsport.az xəbər verir ki, Madrid “Real”ının hücumçusu Karlos Espi ilk dəfə əsas komandaya dəvət alıb.

O, sol topuğundakı narahatlıq səbəbindən yığmanın düşərgəsini vaxtından əvvəl tərk edən Ferran Torresi əvəz edəcək.

Espinin əsas milliyə çağırılması İspaniyanın gənclər yığmasında uğurlu çıxışından sonra reallaşıb. O, San-Marino ilə görüşdə 5 qol vuraraq penta-trik edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan