- Baxış sayı: 49
- 22 Noyabr 2026 20:22
- Baxış sayı: 636
- Noyabr 20, 2026
- 0

“Brentford”un yarımmüdafiəçisi Kevin Şade qış transfer dövründə klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, “Liverpul” 24 yaşlı cinah oyunçusunu yanvar transfer dönəmində heyətinə qatmaq variantını nəzərdən keçirir.
Mersisayd təmsilçisi Şadenin mövsümün əvvəlindəki çıxışından razı qalıb. Almaniyalı futbolçu keçirdiyi 5 oyunda 3 qol vurub.
Onun “Brentford”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.