- Baxış sayı: 46
- 06 Mart 2026 22:52
- Baxış sayı: 256
- Mart 05, 2026
- 0

Neymar qarşıdakı dünya çempionatı üçün milli komandaya dəvət almayacağı təqdirdə, karyerasını başa vura bilər.
Allsport.az xəbər verir ki, 34 yaşlı hücumçunun futbol oynamağa davam etməsi üçün yeganə və əsas motivasiyası dünya birinciliyində iştirak etmək və çempion olmaqdır.
Hazırda onun bütün fəaliyyəti – zədələrdən sonra intensiv bərpa prosesi və gündəlik ağır məşqləri məhz bu məqsədə xidmət edir.
Neymar Braziliya millisinin tarixində 79 qolla ən yaxşı bombardirdir. Lakin o, 2023-cü ilin oktyabrından bəri milli komandanın heyətində meydana çıxmayıb.