Ölkə birinciliyinin komanda yarışları keçirildi

2 martda 15 yaşa qədər cüdoçuların ölkə birinciliyinin qızlar və oğlanlar arasında komanda yarışları keçirilib.

Allsport.az xəbər verir ki, fövqəladə hallar nazirliyinin idman sağlamlıq mərkəzində keçirilən turnirdə qızlar arasında 7 komanda, oğlanlar arasında isə 13 komanda kubok uğrunda mübarizə aparıb.

Qızların yarışında 36 kq, 44 kq, 52 kq, 63 kq və +70 kq çəkilərdə, oğlanlarda isə 38 kq, 46 kq, 55 kq, 66 kq və +73 kq çəki dərəcələrində ümumilikdə 141 cüdoçu gücünü sınayıb.

Qızların mübarizəsində qalib Şuşa UGİM olub. Gümüş medallara Bakı şəhəri 13 nömrəli İOEUGİM, bürünc medallara isə Qərb regionunun komandası ilə Bakı şəhəri 8 nömrəli İOEUGİM sahib çıxıb.

Oğlanların yarışında çempionluğu Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM qazanıb. Respublika kompleks idman məktəbi ikinci, Bakı şəhəri 2 nömrəli İOEUGİM və Bakı şəhəri 8 nömrəli İOEUGİM üçüncü yeri tutublar.

Qızlar

1. Şuşa UGİM

2. Bakı şəhəri 13 nömrəli İOEUGİM

3. Bakı şəhəri 8 nömrəli İOEUGİM

3. Qərb regionu

5. Neftçi İK

5. Respublika kompleks idman məktəbi

Oğlanlar

1. Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM

2. Respublika kompleks idman məktəbi

3. Bakı şəhəri 8 nömrəli İOEUGİM

3. Bakı şəhəri 2 nömrəli İOEUGİM

5. Bakı şəhəri 13 nömrəli İOEUGİM

5. Bakı şəhəri 10 nömrəli İOEUGİM

7. Gəncə-Daşkəsən region

7. Neftçi İK

Həmin kateqoriyadan