Rəşford “Aston Villa”da qalacaq?

Hazırda “Aston Villa”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Rəşford növbəti klubunun çempionlar liqasında çıxış edəcəyinə ümid edir.

Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu gələcəyi ilə bağlı qərarını yalnız cari mövsüm başa çatdıqdan sonra verəcək. Bu arada, “Aston Villa” hələ ingilis oyunçunun 40 milyon funt-sterlinq məbləğində tam transferi ilə bağlı qərar qəbul etməyib, maneələrdən biri onun həftədə təxminən 350.000 funt sterlinq əmək haqqı almasıdır.

Rəşford “Mançester Yunayted” qayıtmağı istisna etməyib, lakin hazırkı baş məşqçi Ruben Amorimin rəhbərliyi altında müntəzəm oynaya biləcəyinə şübhə edir.

Həmin kateqoriyadan