Dəyişiklik edildi

Dəyişiklik edildi

2026/2027 mövsümündə Azərbaycan basketbol liqasında (ABL) iştirakçı klubların siyahısında dəyişiklik edilib.

Allsport.az xəbər verir ki, ABL və ölkə kubokunun keçirilməsi haqqında əsasnamənin 3.3 və 5.12-ci maddələrinə əsasən, klubların qeydiyyat tələblərinin yerinə yetirilməsi ilə bağlı aparılan qiymətləndirmənin nəticəsində ABL idarə heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Qərara əsasən, 2026/2027 mövsümündə “Sumqayıt” ABL-də, “Şəki” isə ABL-2-də iştirak edəcək.

Beləliklə, 2026/2027 mövsümündə ABL-də “Sabah”, “Landau Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD Və “Sumqayıt” komandaları mübarizə aparacaq.

Həmin kateqoriyadan