- Baxış sayı: 58
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın hücumçusu Rafinya klubla müqaviləsinin uzadılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Allsport.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Kataloniya təmsilçisində başa vurmaq istədiyini deyib:
“Müqaviləmi uzatmaq və karyeramı “Barselona”da başa vurmaq istəyirəm”.
Rafinyanın klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.