- Baxış sayı: 57
- 04 Noyabr 2026 23:41
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Ermənistan və Rusiyanı təmsil edən Arman Tsarukyan UFC-də 11-ci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, yüngül çəki dərəcəsində reytinqin 2-ci pilləsində qərarlaşan 29 yaşlı döyüşçü UFC-331 turnirində braziliyalı Maurisio Ruffini məğlub edib.
Tsarukyan rəqibini ilk raundda nokautla üstələyib. Bununla da onun UFC-dəki qələbələrinin sayı 11-ə çatıb.
Tsarukyanın peşəkar MMA karyerasında 24 qələbə və 3 məğlubiyyəti var. Onun qələbələrinin 16-sı nokautla başa çatıb.