- Baxış sayı: 26
- 21 Sentyabr 2026 16:41
- Baxış sayı: 224
- Sentyabr 17, 2026
- 0

İspaniya millisində baş məşqçi Lüis de la Fuente ilə müqavilə uzadılıb.
Allsport.az xəbər verir ki, mütəxəssislə anlaşmanın müddəti 2032-ci ilin yayına kimi artırılıb.
Lüis de la Fuente 2022-ci ildən İspaniya milli komandasına rəhbərlik edir. Onun idarəçiliyi altında “qırmızılar” DÇ-2026-nın qalibi olub, Avro-2024-ün qızıl medallarını qazanıb və 2022/23 mövsümündə UEFA millətlər liqasında zəfər çalıb.
Təcrübəli çalışdırıcının rəhbərliyi ilə İspaniya yığması keçirdiyi 49 matçda 39 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və yalnız 3 görüşdə məğlubiyyətlə üzləşib.