- Baxış sayı: 96
- 17 Sentyabr 2026 22:05
- Baxış sayı: 182
- Sentyabr 17, 2026
- 0

Azərbaycanın yeniyetmə akrobatları İtaliyanın Pezaro şəhərində keçirilən dünya çempionatında iki medal qazanıblar.
Allsport.az xəbər verir ki, sentyabrın 17-20-də təşkil olunan yarışda ölkəmizi kişi qrupu, qadın cütlüyü və qadın qrupu təmsil edib.
Təsnifat mərhələsini uğurla başa vuran kişi və qadın qrupları finala yüksəliblər.
Həlledici mərhələdə Aylin Məmmədova, Ayan Hacılı və Firuzə Qasımzadədən ibarət qadın qrupu 27,650 xal toplayaraq gümüş medal qazanıb. Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayevdən ibarət kişi qrupu isə 27,200 xalla bürünc medala sahib çıxıb.
Bu, yeniyetmə kişi gimnastlarımızın belə mötəbər yarışda ilk iştirakı və ilk medalıdır.