- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan cüdoçuları Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında ilk yarış günündə 4 medal qazanıblar.
Allsport.az xəbər verir ki, “M1” yaş kateqoriyasında Məmmədəli Mehdiyev (-100 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medal əldə ediblər.
Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.