- Baxış sayı: 36
- 18 Sentyabr 2026 23:57
- Baxış sayı: 123
- Sentyabr 17, 2026
- 0

“Kristal Pelas”ın müdafiəçisi Tayrik Miçel İngiltərə premyer liqasında klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, “Liverpul” 27 yaşlı futbolçunun transferində maraqlıdır.
Mersisayd klubunun baş məşqçisi Andoni İraola müdafiənin sol cinahını onunla gücləndirmək istəyir.
Miçel 2020-ci ilin yayından “Kristal Pelas”da çıxış edir. Onun London klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.
O, cari mövsümdə premyer liqada 4 oyunda meydana çıxıb və 2 qol vurub.