- Baxış sayı: 17
- 04 Noyabr 2026 14:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Kosovo superliqasında 7-ci turun oyunları keçirilir.
Allsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin çıxış etdiyi “Malişevo” doğma meydanda “Balkani” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan İskəndərli sonadək oyunda olub.
Hazırda “Malişevo” 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.