- Baxış sayı: 21
- 16 Sentyabr 2026 16:26
- Baxış sayı: 77
- Sentyabr 16, 2026
- 0

Formula-1 və Beynəlxalq avtomobil federasiyası (FİA), Ümumdünya avtoidman şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək dünya çempionatının təqvimini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan qran prisi sentyabrın 24-26-da baş tutacaq.
2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn qran prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Əbu-Dabidə baş tutacaq.
Çempionat 22 ölkədə keçirilməklə 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.