- Baxış sayı: 36
- 18 Sentyabr 2026 23:57
- Baxış sayı: 123
- Sentyabr 17, 2026
- 0

Almaniya futbol ittifaqının (DFB) vitse-prezidenti Hans-Yoaxim Vatske Berlində keçirilən süni intellekt festivalında çıxışı zamanı FİFA prezidenti Canni İnfantinonun vəzifəsindən getməli olduğunu bildirib.
Allsport.az xəbər verir ki, almaniyalı funksioner İnfantinonun fəaliyyətini kəskin tənqid edərək onun heç bir bəhanə gətirmədən dərhal istefa verməli olduğunu vurğulayıb.
Vatske xüsusilə “FİFA sülh” mükafatı ilə bağlı yaşananları absurd adlandırıb və İnfantinonun özbaşına mükafat təsis edərək onu ABŞ Prezidenti Donald Trampa təqdim etməsini dəlilik kimi qiymətləndirib.
DFB rəhbərliyi İnfantinonun istefası üçün daha iki ciddi səbəbin olduğunu diqqətə çatdırıb. Bunlardan biri DÇ-2026 zamanı ABŞ millisinin hücumçusu Folarin Baloqunun 1/16 finalda Bosniya və Hersoqovinaya qarşı matçda (2:0) qırmızı vərəqə almasına baxmayaraq, FİFA intizam komitəsi tərəfindən cəzasının dayandırılması və onun Belçika ilə 1/8 final oyununda (1:4) meydan çıxmasına şərait yaradılmasıdır. Digər səbəb isə İnfantinonun iyul ayında “FİFA forvard enterprise” şirkətini yaradaraq dünya çempionatlarının keçirilmə hüquqlarının bir hissəsini özəl investorlara satmaq və 4,2 milyard dollar cəlb etmək cəhdi olub.
UEFA, KONKAKAF, Asiya futbol konfederasiyası və KONMEBOL-un kəskin etirazından sonra 56 yaşlı FİFA rəhbəri bu layihədən imtina etsə də, Avropanın futbol dairələrində ona olan inam tamamilə sarsılıb. UEFA təşkilata etimadın itdiyini elan edib və Avropanın bir çox aparıcı futbol federasiyaları İnfantinoya verdikləri dəstəyi rəsmən geri çəkiblər.