Maarifləndirmə kampaniyası

Maarifləndirmə kampaniyası

Gənclər və idman nazirliyi (GİN) ilə daxili işlər nazirliyi (DİN) yol təhlükəsizliyinə həsr olunan “Dəbilqəsiz yola çıxma – həyat ən böyük qələbədir” birgə maarifləndirmə kampaniyasına başlayıb.

Allsport.az xəbər verir ki, kampaniyada əsas çağırış skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb.

Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74%, ağır baş xəsarəti riskini isə 60% azaldır. Təşəbbüsün məqsədi dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.

Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərarın həyati əhəmiyyət daşıdığını xatırladırlar.

Təşəbbüs BMT baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make a safety statement” kampaniyasından ilham alınaraq hazırlanıb.

Həmin kateqoriyadan