“Azərbaycan futbolunun inkişafını görmək istəyiriksə…”

“Azərbaycan futbolunun inkişafını görmək istəyiriksə…”

“Sumqayıt” premyer liqanın VI turunda səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Filipe Kandido bunu deyib:

“Oyun haqda danışmazdan öncə bir şeyi vurğulamaq istəyirəm. Bura Azərbaycandakı ən gözəl stadionlardan biridir. Əsl futbol atmosferi var idi. Lakin oyunun gedişində kənardan bir neçə dəfə sırf hakim fitinə bənzəyən fitdən istifadə edildi ki, bu da futbolçuların hücum fazasında oyunu pauza etməsinə səbəb oldu. Düşünürəm ki, bu hal nəinki komandalara, ümumiyyətlə futbola olan hörmətsizlikdir. Biz əgər futbolun, liqanın inkişafını görmək istəyiriksə, futbola hörmət etməliyik.

Komandamın inkişafda olduğunu demək olar ki hər tur sezmək olur. Belə atmosferdə oynamaq asan deyildi. Rəqib də güclü və təhlükəli kollektivlərdən biri idi. Düşünürəm ki, komandam həm müdafiə, həm də hücum planında normal çıxış etdi. İlk hissədə rəqibin verdiyi boşluqlardan faydalanıb qol vurduq. İkinci hissədə topu özümüzdə daha çox saxlamağa çalışdıq. Rəqibin qoluna qədər bir neçə şansımız da oldu. Nəticəyə görə məyusam. Bu oyunda komandam bir xaldan artığını haqq edirdi. Milli fasilədən mümkün qədər yaxşı istifadə edib, çempionatın qalan hissəsinə daha güclü hazırlaşmağa çalışacağıq”.

Həmin kateqoriyadan