- Baxış sayı: 45
- 04 Noyabr 2026 22:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.
Allsport.az xəbər verir ki, premyer liqa təmsilçisi son klubu Təbrizin “Traktor” kollektivi olan qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb.
28 yaşlı isveçli futbolçu “16” nömrəli formada çıxış edəcək.
“Malmö” yetirməsi olan Marko Yohansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib. O, vətəni İsveçin U-15 və U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.