- Baxış sayı: 58
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Türkiyənin “Eyüpspor” klubunun baş məşqçisi Özhan Palut istefa verib.
Allsport.az xəbər verir ki, mütəxəssis superliqada “Fənərbağça”ya 0:8 hesablı məğlubiyyətdən sonra öz istəyi ilə postundan ayrılıb.
“Eyüpspor” 6 turdan sonra 3 xalla 18 komanda arasında sonuncudur.
Mütəxəssis bu yaydan komandada idi. “Eyüpspor” onun başçılığı altında 6 oyunda 1 qələbə qazanıb, 5 dəfə uduzub.