- Baxış sayı: 46
- 03 Dekabr 2024 17:19
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə dövlət gömrük komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. Allsport.az “Report”a istinadən xəbər verir ki, 37 yaşlı idmançı “Azerterminalkompleks” birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.
Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.
Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.
Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.