- Baxış sayı: 41
- 21 Sentyabr 2026 16:41
- Baxış sayı: 224
- Sentyabr 17, 2026
- 0

“Lokomotiv” Aleksey Batrakovu “Marsel”ə buraxmayıb.
Allsport.az xəbər verir ki, Fransa klubu 20 yaşlı yarımmüdafiəçi üçün “dəmiryolçular”a 15 milyon avro təklif edib. “Lokomotiv” 20 milyondan aşağı məbləğ üçün danışıqlar aparmayacağını bildirib.
Daha əvvəl Batrakovun agenti Vladimir Kuzmiçev növbəti yay transfer pəncərəsindən Avropa klubları ilə müqaviləyə satın alma maddəsinin daxil ediləcəyini demişdi.
Batrakov Rusiya premyer liqasının cari mövsümündə bombardirlər yarışına başçılıq edir. Onun 4 matçda 6 qolu var.