- Baxış sayı: 24
- 21 Sentyabr 2026 16:41
- Baxış sayı: 224
- Sentyabr 17, 2026
- 0

“Şəfa” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalayıb.
30 yaşlı futbolçu son olaraq İsveçrənin “Vintertur” klubunda çıxış edib.
Bafode Dansoko peşəkar karyerası ərzində əsasən Belçika və İsveçrə çempionatlarında çıxış edib. O, daha əvvəl Belçikanın “Patro Eysden”, “KMSK Deynze” və “La Luvyer”, həmçinin Fransanın “Vol-an-Velen” və “Vaskal” komandalarının da formasını geyinib.
Futbolçu Qvineya millisinin heyətində də 3 oyun keçirib.