“Sabah” və “Neftçi”dən qələbə

26 və 27 aprel Azərbaycan basketbol liqasında (ABL) yarımfinal pley-off seriyalarının ilk oyunları baş tutub. Allsport.az xəbər verir ki, Bakı idman sarayında keçirilən matçlarda basketbol həvəskarları maraqlı mübarizələrin şahidi olublar.

Müntəzəm çempionatda “A” qrupun qalibi “Sabah” yarımfinalın ilk oyununda “Şəki” klubuna 86-73 hesabı ilə qalib gəlib və seriyada 1-0 irəli keçib. “Neftçi”-“Abşeron” yarımfinal pley-off seriyasının ilk oyununda, “flaqman” klubu geridönüş edərək əlavə vaxtda rəqibinə 97-93 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 1-0 edib.

Cavab oyunları 29 apreldə baş tutacaq.

Həmin kateqoriyadan